Heydər Əliyev və Milli-mənəvi dəyərlərimiz
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə " Heydər Əliyev və Milli-mənəvi dəyərlərimiz " mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Coğrafiya fakültəsinin sosial məsələlər üzrə dekan müavini Qoşqar Məmmədov açıq elan etmişdir.
Daha sonra söz Xarici ölkələrin iqtisadi-sosial coğrafiyası və turizm kafedrasının müəllimi Gülşən Sultanova “Ulu Öndər Heydər Əliyev, milli dəyərlərimiz və tarix” mövzüsünda məruzə etdi. Məruzəçi Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə çox böyük qiymət verdi.
Növbəti olaraq Ulu Öndər Heydər Əliyev haqqında tələbələrin hazırladığı videoçarx nümayiş etdirildi.
Sonra Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının müəllimi Hacıyeva İlhamə çıxış etmişdir.
Yekunda söz Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Mədinə Quluzadəyə verilmişdir.
Tədbirdə milli-mənəvi dəyərlərimiz, tariximiz, dilinimiz və mentalitetimiz barədə çıxışlar olmuşdur.