Heydər Əliyev və 44 günlük zəfər yolu" adlı film
"BDU Könüllüləri" təşkilatının Coğrafiya və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində "Heydər Əliyev və 44 günlük zəfər yolu" adlı film nümayiş olunub. Film zamanı izləyicilərə Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün atdığı addımlar, uğurlu daxili və xarici siyasəti qeyd olunub. Həmçinin qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin vəfatından sonra Prezident İlham Əliyev onun yolunu layiqli davam etdirərək, ata vəsiyyətini yerinə yetirmiş və 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmişdir. Daha sonra suallar cavablandırılaraq, müzakirələr aparılmışdır.