“Heydər Əliyev” ilinə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu təşkil edilib
Bakı Dövlət Universitetində “BDU Könüllüləri” təşkilatının Coğrafiya fakültəsinin könüllülərinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu təşkil edilib.
“Heydər Əliyev İli”nə həsr olunmuş “Xəmsə” milli intellektual oyun hər komandada beş nəfər olmaqla 8 komandanın iştirakı ilə baş tutdu. İntellektual oyunun qalibi Tarix fakültəsinin “Bayrakdar” komandası olaraq I (birinci) yerə laiq görüldü. Coğrafiya fakültəsinin “40-cı paralel” komandası intellektual oyunu II (ikinci) yerlə başa vurdu.
“Heydər Əliyev İli”nə həsr olunmuş “Xəmsə” milli intellektual oyununun qalibləri mükafatlandırldı və sertifikatlar təqdim edildi.