“Gənc istedadlar“ liseyinin şagirdləri arasında “ Geomatika və Geodeziya mühəndisliyi “ ixtisası ilə tanışlıq
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının professor – müəllim heyəti ilə BDU – nun “Gənc istedadlar“ liseyinin şagirdləri arasında “ Geomatika və Geodeziya mühəndisliyi “ ixtisası ilə tanışlığa dair görüş keçirilmişdir. Görüşdə Geodeziya və Kartoqrafiya kafedrasının müdiri, professor, Əməkdar müəllim Məqsəd Qocamanov “ Geomatika və geodeziya mühəndisliyi” ixtisasının məzmunu, geodeziya elminin tarixi inkişaf yolu, bu günü və perspektivləri, ölkənin ictimai – siyasi həyatındakı rolu, 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Qarabağda aparılan bərpa və quruculuq işlərində kafedranın keçmiş məzunlarının yerinə yetirdiyi işlər, Geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə fənlər və çöl geodeziya təcrübələri haqqında slaydlarla məruzə ilə çıxış etmişdir. Sonra kafedra əməkdaşlarından dos. Ramiz Əhlimanov, dos. Mehman Mehbalıyev, dos. Əfqan Talıbov, b/m. Mübariz Orucov, Azərbaycan coğrafiyası və coğrafiyanın metodikası kafedrasının dosenti Çingiz Qələndərov, Liseyin direktoru Arif Bağırov çıxış ətrafında məruzələr etdilər. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və xatirə şəkillər çəkdirildi.