FAKÜLTƏNİN ƏMƏKDAŞLARI ALMANİYANIN BERLİN TEXNİKİ UNİVERSİTETİNDƏ KEÇİRİLƏN TƏLİMDƏ İŞTİRAK EDİBLƏR
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin əməkdaşları Anar Nuriyev və Aytən İmanova Almaniyanın Berlin Texniki Universitetində keçirilən pedaqoji təlimdə iştirak ediblər.
ERASMUS+ proqramının dəstəyi və “Sahilyanı ərazilərdə iqlim dəyişmələrinə adaptasiya tədbirləri üzrə məkan-zaman mühəndisliyi istiqamətində yeni tədris kurslarının yaradılması" ("New courses in geospatial engineering for climate change adaptation of coastal ecosystems") layihəsi çərçivəsində keçirilən təlimlərə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Litva, Rumıniya və Hollandiyanın tərəfdaş universitetlərinin əməkdaşları qatılıblar.
Təlimin əsas məqsədi universitetlər arasında əməkdaşlığı dərinləşdirmək, tərəfdaş ölkələrin müəllimlərini Avropa universitetləri tərəfindən təklif olunan kurslar və onların tədris metodları ilə tanış etmək, təcrübə mübadiləsi aparmaq olub.
Təlim müddətində iştirakçılar layihələrin idarə olunması, təqdim etmə bacarıqları, Fəza texnologiyaları üçün mikroelektronika, Geonetcat və digər peyk təsvirlərinin emalı, fənnlər arası inteqrasiya, tələbələrin layihələrə cəlb olunması, effektiv tədris metodları və Berlin Texniki Universitetinin laboratoriyaları və xüsusi avadanlıqları ilə tanış olublar.
Təlimin sonunda universitetlər üzrə hesabatlar dinlənilib, layihənin gələcək planları nəzərdən keçirilib və təlim iştirakçılarına sertifikatlar təqdim olunub.