eynəlxalq İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "İnformasiyanın Günümüzdə Rolu" adlı tədbir
BDU Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 17 may Beynəlxalq İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "İnformasiyanın Günümüzdə Rolu" adlı tədbir keçirilmişdir.
Coğrafiya fakültəsinin dekan müavini Qoşqar Məmmədov tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. Daha sonra Tələbə Gənclər Təşkilatının Coğrafiya fakültəsi üzrə sədri Mədinə Quluzadə sözü Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin "informatika kafedrası"nın müəllimi dosent Natiq Quliyevə söz verdi.
Natiq Quliyev informasiyanın günümüzdə əhəmiyyəti mövzusunda ətraflı çıxış edərək tələbələrimizi məlumatlandırdı. Daha sonra Natiq Quliyev yeni texnologiyalara keçid, onların yaratdıqları problemlər və həlli yolları haqqında məlumat verdi. Ən əsası 2-ci Qarabağ Müharibəsinin şanlı qalibiyyətində əsas rolu olan texnologiyaların yaranmasında qardaş ölkəmiz Türkiyənin hansı səviyyədə olduğunu vurğuladı.
Tədbir Qoşqar Məmmədovun Natiq müəllim başda olmaqla müəllim və tələbə heyətinə təşəkkür etməsi ilə sona çatdı.