Ermənilər ermənilərə qarşı - anlayışı çərçivəsində Nemezis hərəkətinin dəyərləndirilməsi” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının müdiri, professor Aydın İbrahimov Coğrafiya fakültəsinin elmi seminarında “Ermənilər ermənilərə qarşı - anlayışı çərçivəsində Nemezis hərəkətinin dəyərləndirilməsi” mövzusu ilə çıxış edib. Seminarda Coğrafiya fakültəsinin professor-müəllim heyəti, magistr və bakalavr tələbələri iştirak edib.
Professor Aydın İbrahimov ermənilər ermənilərə qarşı - anlayışı kontekstində Nemezis düşüncəsindən danışıb. O, bildirdi ki, haqqında danışdığımız ideologiya məşhur erməni millətçisi Şaqan Natali tərəfindən işlənib hazırlanmışdır. Natali Şaqan sonradan Daşnaq sütun partiyası tərəfindən qurulmuş terror təşkilatına rəhbərlik etmişdir, 1920-1925-ci illərdə çoxsaylı Azərbaycan və Türkiyə dövlət xadimlərinin qətlini təşkil etmişdir. Bununla yanaşı Ş.Natalinin bir neçə anti-türk və anti-Azərbaycan əsərləri mövcuddur. Bu əsərlərin ideologiyaya təsiri hələ də qüvvədədir və indiki Ermənistan və Qarabağ iqtisadi rayonunda baş verən hadisələrdə həmin ideologiya tətbiq edilir. Ümumiyyətlə, “Nemezis hərəkəti” erməni milli düşüncəsi onların beynində kök salmışdır. Onlar hələ də arxaik olan və mədəni dünya tərəfindən pislənən və qəbul edilməyən sosialist “faşist” düşüncəsinin təsiri altındadırlar.
Elmi seminarın sonunda auditoriya iştirakçılarının sualları cavablandırlıb.