Elmi Şurasının növbəti genişləndirilmiş iclası
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. Əvvəlcə fakültə dekanı, dosent Şəkər Məmmədova Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. İclasda istehsalat və pedaqoji təcrübələrin, buraxılış işləri və dissertasiya işlərinin yerinə yetirilməsinin, fakültədə elmi tədqiqat işlərinin vəziyyəti barədə, eləcə də, digər cari məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu bildirib.
Daha sonra kafedra müdirləri – professorlar Çingiz İsmayılov, Fərda İmanov, Məqsəd Qocamanov, Yaqub Qəribov, dosentler- Həbibə Soltanova, Saleh Nağıyev kafedrada görülən işlər haqqında məlumatları təqdim ediblər.
İclas gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.