Elmi Şuranın genişləndirilmiş iclası keçirilib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində Elmi Şuranın iclası keçirilib. Elmi Şuranın Sədri, Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov iclası açıq elan edərək, gündəliklə Elmi Şura üzvlərini tanış etdi:
1)Fakültə Elmi Şurasının 2023/2024- cü il üçün iş planın təsdiqi
2)Yeni dərs ilinə hazırlığın vəziyyəti
3)Dərs yüklərinin bölgüsü və dərs cədvəllərinin tərtibinin vəziyyəti
4)Fənn proqramlarının yeni standartlara uyğun tərtibi
5)Fənn sillabuslarının yeni standartlara uyğun yazılması
6)Cari məsələlər
Professor M.Qocamanov gündəlikdə duran məsələlərə dair öz fikir və tövsiyyələrini bölüşdü, 2023/2024- cü tədris ilinə hazırlıqla bağlı görülmüş və görülməsi vacib işlər haqqında məlumat verdi.
Sonra dekan müavini dosent Ramiz Əhlimanov söz olaraq 2023/2024-cü tədris ilinə hazırlıqla bağlı əlavə məlumatlar çatdırıldı.
Elmi Şuranın iclası fakültə kollektivinin iştirakı ilə genişləndirilmiş tərkibilə keçirildi. İclasın sonunda müəllim-professor heyəti və şura üzvlərinin sualları cavablandırıldı.Gündəlikdə duran məsələrlə bağlı qərarlar qəbul edildi və icraata götürüldü.