“Ekoloji Düşüncə və Yaşıl Gələcək” mövzusunda maarifləndirici seminar
Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə I kurs Coğrafiya müəllimliyi ixtisası tələbələri üçün “Ekoloji Düşüncə və Yaşıl Gələcək” mövzusunda maarifləndirici seminar keçirildi.
Seminarın moderatoru Yusubova Zəhra tələbələri ekoloji mədəniyyətin əsas prinsipləri, təbiətə qayğı və davamlı həyat tərzinin əhəmiyyəti barədə məlumatlandırdı.
Tədbir çərçivəsində müasir dünyanın qarşısında dayanan ekoloji problemlər, iqlim dəyişikliyinin fəsadları, resursların düzgün idarə olunması və yaşıl texnologiyaların gündəlik həyata inteqrasiyası mövzularına toxunuldu. Tələbələr ətraf mühitin qorunmasında fərdi və ictimai məsuliyyətin vacibliyini müzakirə etdilər, suallar verib, öz fikirlərini bölüşdülər.
Seminar iştirakçıları bir daha əmin oldular ki, sağlam ekoloji mühit yalnız dövlət və təşkilatların deyil, hər bir fərdin gündəlik davranışından və düşüncə tərzindən asılıdır. Tədbir gənclərin ekoloji şüurunun formalaşması və yaşıl gələcək üçün ortaq məsuliyyət hissinin güclənməsi baxımından mühüm addım oldu.