"Dünya ölkələri" intellektual yarışı
15 Aprel 2022 18:15
BDU Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Coğrafiya fakültəsində "Dünya ölkələri" intellektual yarışının final mərhələsi keçirilib.
İntellektual yarış 16 komandanın iştirakı ilə 5 raund üzrə keçirilib. Yarışın əvvəlində açılış nitqi ilə çıxış edən Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova tələbələrin intellektual yarışlarda iştirakının vacibliyinə diqqət çəkərək, bu tipli yarışların mütəmadi təşkil olunmasının önəmini vurğulayıb. O, yarışın təşkilinə görə fakültə THİK heyətinə təşəkkürünü bildirərək hər bir komandaya uğurlar diləyib.
Daha sonra Coğrafiya fakültəsi THİK sədri Asif Abdulalimov iştirakçılara yarışın qaydaları barədə məlumat verib. Yarışın gedişatında suallar, Asif Abdulalimov və İmran Bayramov tərəfindən səsləndirilib. Şəffaflığın təmin olunması məqsədi ilə yaradılmış Kəmalə Məmmədova və Aydan Həsənovanın rəhbərliyi ilə münsiflər heyəti və nəzarət qrupu yarışın gedişatına və balların hesablanmasına nəzarət edib.
Gərgin intellektual mübarizənin sonunda "Dyatlov" komandası 1-ci, "Dəmir yumruq" komandası 2-ci və "Legion" komandası 3-cü yeri qazanıb. Qalib komanda final kuboku ilə təltif olunub. Həmçinin, qalib komandanın üzvləri Fəxri fərmanlarla təltif olunacaqlar.
Son XƏBƏRLƏR
16.10.2025 | 17:00
Coğrafiya fakültəsində Həkəri çayının modelləşdirilməsinə həsr olunmuş elmi seminar keçirilib
15.10.2025 | 12:35
BDU və Türkiyənin Akdeniz Universitetinin əməkdaşları arasında onlayn görüş
10.10.2025 | 17:00