Dövlət, Cəmiyyət, Cinayətkarlıq” mövzusunda Beynəlxalq konfrans
“Qara dəniz və Xəzər dənizi Region Ölkələri Hüquqşünaslar” assosiasiyası “Dövlət, Cəmiyyət, Cinayətkarlıq” mövzusunda Beynəlxalq konfrans təşkil etmişdir. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin “Iqtisadi və sosial coğrafiya”kafedrasının müdiri, professor Çingiz İsmayılov, ”Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm ” kafedrasının müdiri professor Aydın İbrahimov və “Iqtisadi və sosial coğrafiya”kafedrasının müəllimi Emin Ələkbərli konfransda iştirak etmişlər.
Konfransı REA-nın həqiqi üzvü, “Qara dəniz və Xəzər dənizi Region Ölkələri Hüquqşünaslar” assosiasiyasının prezidenti açıq elan etdi. Konfransda Rusiyadan ,Türkiyədən, Bolqarıstandan, Qazaxıstandan,Yunanıstandan, Serbiyadan və Albaniyadan xarici qonaqlar çıxış etdilər.Çıxışlar iştirakçılar arasında suallar doğurdu və müzakirələrə səbəb oldu.Müzakirələrə qatılan coğrafiya fakültəsinin nümayəndələri də öz fikirlərini söylədilər və çıxış edənlərə suallar verildi.Fasilə zamanı tanınmış Rusiya politoloqu S.N.Baburin, professor Çingiz İsmayılova və professor Aydın İbrahimova yaxınlaşaraq əməkdaşlıq təklif etdi və gələcəkdə birgə konfrans təşkil etmək haqqında fikir mübadiləsi etdilər. Axsam saatlarında professor İlham Rəhimov konfransın nəticələrini çap etdirəcəyini bildirərərək konfransı bağlı elan etdi.