Coğrafiya müəllimliyi ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “İxtisasını tanı və gələcəyini qur” adlı tədbir-seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə fakültənin Coğrafiya müəllimliyi ixtisasında təhsil alan tələbələrin iştirakı ilə “İxtisasını tanı və gələcəyini qur” adlı tədbir-seminar keçirilib.
Seminarda Coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Nərminə Seyfullayeva çıxış edərək Coğrafiya müəllimliyi ixtisasında kadr hazırlığının aparılmasının əhəmiyyətini vurğulayıb. Nərminə Seyfullayeva tələbələrlə maarifləndirici və inkişafyönümlü müzakirələr aparıb, həmçinin onların gələcək fəaliyyətləri ilə bağlı faydalı tövsiyələr verib.
Qeyd olunub ki, seminarın əsas məqsədi Coğrafiya müəllimliyi ixtisasında təhsil alan tələbələrin öz ixtisaslarına marağını artırmaq, onları peşəkar inkişaf istiqamətində maarifləndirmək və gələcək karyera seçimlərinə dəstək göstərməkdir.
Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.