Coğrafiya fakültəsinin tələbəsinin elmi məqaləsi beynəlxalq elmi jurnallarda çap olunub
28 Mart 2023 09:57
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbəsi Xanım Məmmədovanın Fiziki coğrafiya kafedrasının baş müəllimi İrkən Aktoprakın elmi rəhbərliyi ilə apardığı elmi-tədqiqat işinin nəticəsi elmi məqalə formasında «Интернаука» (Moskva) və «Вестник науки» (Tolyatti) beyəlxalq elmi jurnallarında çap olunub.
Müəllifin "Ледовый режим Каспия как индикатор глобальных географических процессов и экономические перспективы природных изменений" ("Xəzərin buz rejimi qlobal coğrafi proseslərin indikatoru kimi və təbii dəyişikliklərin iqtisadi perspektivləri") adlı məqaləsində şimali Xəzərin buz rejimi, buz örtüyünün növləri, onun formalaşmasına təsir göstərən iqlim və səviyyə amilləri tədqiq olunaraq, buz örtüyünün dəyişməsinin iqtisadiyyata və təsərrüfat sahələrinə təsiri qiymətləndirilmişdir. X. Məmmədova tərəfindən Xəzər dənizində formalaşan buzların morfometrik göstəriciləri təhlil olunmuş, buzlar formalaşma və yerdəyişmə qanunauyğunluqları əsasında qruplaşdırılmış, buz rejiminin dənizin nəqliyyat infrastrukturuna, o cümlədən sahilyanı təsərrüfatlara təsiri araşdırılmışdır.
Qeyd edək ki, «elibrary», «КиберЛенинка» və «Google Academy» elektron elmi bazalarında yerləşdirilən məqalə yüksək unikallıq göstəricisi ilə fərqlənir.
Son XƏBƏRLƏR
26.06.2025 | 20:36
Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilmişdir
15.06.2025 | 21:12
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçiriıb.
26.05.2025 | 21:16
BDU-da “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilmişdir
02.05.2025 | 15:26
BDU-nun Coğrafiya fakültəsi 200 nömrəli məktəb-liseydə “Coğrafiya - sirli bir dünya” adlı tədbir təşkil edib
28.04.2025 | 18:09