Coğrafiya fakültəsinin tələbələri zooparkda ekskursiyada olublar
Coğrafiya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 22 Aprel Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində fakültə tələbələrinin iştirakı ilə maarifləndirici zoopark ekskursiyası həyata keçirilib.
Təbiətə olan sevginin və ekoloji şüurun artırılması məqsədini daşıyan ekskursiya zamanı iştirakçılar zooparkın müxtəlif canlıları ilə yaxından tanış olub, onların həyat tərzi, yaşayış mühiti və qorunması haqqında maraqlı məlumatlar əldə ediblər. Ekskursiya çərçivəsində tələbələr həmçinin Yer kürəsinin bioloji müxtəlifliyinin qorunmasının əhəmiyyəti və təbiətin davamlılığı barədə məlumatlandırılıb.
Tədbirin məqsədi tələbələrdə ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə qarşı məsuliyyət hissinin gücləndirilməsi və Yer kürəsinin ekosisteminin qorunmasına diqqətin qorunması olub.