Coğrafiya fakültəsinin tələbələri üçün otellərdə infotur təşkil olunub
Coğrafiya fakültəsinin turizm işinin təşkili ixtisasının lV Kurs tələbələrinin istehsalat təcrübəsini təşkili üçün 25 nəfər tələbənin TABİA qrup otel şəbəkəsi ilə bağlanmış müqaviləyə uyğun olaraq Bakı şəhərindəki otellərində infotur təşkil olunmuşdur. Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının baş müəllimi V.S. Dərgahovun rəhbərliyi ilə baş tutan infoturun məqsədi TABİA Group otel biznesindəki təcrübələrini tələbələrə öyrənilməsindən ibarətdir. Qeyd edək ki, TABİA qrup ölkənin ən böyük otellər şəbəkəsinə malik olmaqla Bakı şəhərində üç otel, bir butik otel və bir restoran, həmçinin Naftalan üç beş ulduzlu otel, Lənkəran, Şabran, Qəbələ, Şamaxı və Göygöl rayonunda bir otelləri ilə təmsil olunur. TABİA qrup şəbəkəsini əsas otellərində olan Badamdar hotel & Residences infoturda tələbələrə otelin fəaliyyət istiqamətləri haqqında məlumat verilmişdir. İnfotur zamanı TABİA qrupun təlim və karyera inkişafı şöbəsinin rəhbəri Nərminə xanım tələbələrə otel şəbəkəsinin fəaliyyəti, turizm bazarında əsas hədəfləri, sağlamlıq turizmdə yeri, ətraf mühit və sosial həssaslıq, yeni qonaqpərvərliyin ənənələrlə birləşdirməsi konsepti, əsas müştəri kütləsi haqqında məlumat verdi. Eyni zamanda, "TABİA Group" karyera imkanları və potensialı, bu sahəyə həvəsi olan gənclər üçün yaradılan şərait barədə geniş açıqlama vermişdir. Tələbələrə gələcək karyeraların qurmaq üçün "TABİA Group" potensialından istifadənin üstünlükləri, təcrübə, iş həyatı baxımından bir çox istiqamətləri qeyd etmişdir. Bunlara rezervasiya üzrə mütəxəssis, müxtəlif şöbələr üzrə menecer, front ofis, satış və marketinq və şəbəkənin digər imkanları barədə məlumat verilmişdir. Sonra tələbələr "Batamdar Hotel & Residences" fəaliyyəti, müxtəlif şöbələrinə baş çəkərək iş prinsipi və mühiti haqqında ətraflı məlumat aldılar. İnfoturun sonunda gələcəkdə karyeraların "TABİA Group" qurmaq istəyən tələbələr öz CV insan resursları şöbəsinə təqdim etmiş və istehsalat təcrübəsini keçməsinə şərait yaradılacaqdır.