Coğrafiya fakültəsinin tələbələri Lənkəranda çöl-tədris təcrübəsində olublar
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin II kurs tələbələri "Coğrafiyada riyazi metodlar" fənnindən fakültənin müəllimi Əlpaşa Nəbiyevin rəhbərliyi ilə Lənkəranda çöl-tədris təcrübəsində olublar.
Təcrübə zamanı Xəzərin "Coğrafiyada riyazi metodlar" fənnini daha yaxşı mənimsəmək üçün tələbələr Hirkan Milli Parkı, Xanbulan gölü, dəniz sahili ərazilərin relyefi, təbiəti, fauna və florası ilə yaxından tanış olublar. Daha sonra tələbələr 4 qrupa bölünərək ərazidəki ağacların hündürlüklərini, diametrlərini ölçüb, qeydlər aparıblar. Aparılan ölçmə işləri qruplar arasında müzakirə edilib və sonda müəllimlə birlikdə təhlil edilib. Təcrünə zamanı tələbələri maraqlandıran mövzularda müzakirələr aparılıb.