Coğrafiya fakültəsinin tələbələri ekskursiyada olublar
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bir qrup tələbəsi və magistrantı Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiyaya yollanıblar. Fiziki coğrafiya kafedrasının dosenti Tahirə Qəhrəmanovanın rəhbərliyi altında baş tutan təbiət gəzintisində gənc tədqiqatçılar qoruğun təbii şəraiti, orada yerləşən arxeoloji abidələr kompleksi, qayaüstü təsvirlər, həmçinin orta daş dövrü abidələri ilə tanış olublar.
Unikal təbiət hadisəsi olan palçıq vulkanlarının yayıldığı ərazidə olan tələbələr, burada baş verən neotektonik proseslər, onların nəticələri, ərazinin landşaft-geomorfoloji şəraiti və süxurlarını təhlil edərək bir sıra təcrübi məlumatlar əldə ediblər.