Coğrafiya fakültəsinin tələbələri BDU-nun Heydər Əliyev muzeyində olublar
15 Noyabr 2022 08:50
-lg.jpg)
Coğrafiya fakültəsi 1-ci kurs tələbələri Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədovun rəhbərliyi ilə BDU-nun Heydər Əliyev muzeyində olublar. Ekskursiya çərçivəsində tələbələrə Ümumilli LiderHeydər Əliyevin gənclik və tələbəlik illərinə dair məlumat verilib. Tələbələr həmçinin Heydər Əliyevin BDU-nun yubileylərindəki çıxışlarını əks etdirən fotoşəkillər, onun göstərişi ilə universitetdə həyata keçirilən işlərlə tanış olublar. Daha sonra tələbələr Ulu öndərin müstəqilliyimizin bərpasındakı müstəsna rolu haqqında fikirlərini söyləyiblər. Ekskursiya tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Son XƏBƏRLƏR
25.10.2026 | 04:15
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Aralıq dənizində antropogen təsirlər və çirklənmə” mövzusunda elmi seminar keçirilib
23.10.2026 | 16:52
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gələcəyin müəllimi” adlı seminar keçirilib
21.10.2026 | 15:04
“Müstəqillik İrsi və Milli Kimliyimiz” adlı tədbir keçirilib
16.10.2026 | 10:33