Coğrafiya fakültəsinin tələbələri Azərbaycan Milli İncəsənət muzeyində
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Milli İncəsənət muzeyinə ekskursiya təşkil edib. Ekskursiyada Coğrafiya fakültələrinin tələbələri iştirak ediblər. Tələbələr muzeydəki dünya və Azərbaycan incəsənətinə aid eksponatlarla ətraflı tanış olublar. Bununla yanaşı eksponatlarla bağlı müxtəlif müzakirələr aparılıb.
Ekskursiyada iştirakçılara Azərbaycan Milli İncəsənət Muzeyinin tarixi, onun De Burun malikanəsi və Marinski qadın gimnaziyası binalarında yerləşməsi və muzeyin kolleksiyasında 18000 yaxın eksponatın qorunub saxlanması barədə məlumat verilib. Həmçinin ekskursiyada iştirakşılar Qərbi Avropa, rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəkləri, müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (xalça, tikmə, çini, bədii və qiymətli metal) ilə tanış olublar.