Coğrafiya fakültəsinin rəhbərliyi qazi Ömər Bozbaxovu ziyarət edib
Coğrafiya fakültəsinin rəhbərliyi qiyabi şöbədə təhsil alan qazi Ömər Bozbaxovun evinə gedərək yeni əməliyyat olunmuş qazimizə baş çəkib.
Fakültə dekanı dosent Şəkər Məmmədova, Humanitar və sosial məsələlər üzrə dekan müavini Qoşqar Məmmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Asif Abdulalimov, Tələbə Elmi Cəmiyyətinin sədri İmran Bayramov və Tələbə Gənclər Təşkilatının sədri Mədinə Quluzadə, qazi Ö. Bozbaxovun səhhəti ilə maraqlanmış, onunla həmsöhbət olub keçdiyi döyüş yolu, yaralanması və müalicəsi barədə məlumat almışlar.
Dekan Ş. Məmmədova şəhid ailələrinə, qazi və Vətən müharibəsi iştirakçılarına hər zaman diqqət və qayğı ilə yanaşılmasının önəmini vurğulamış, yaralı qazimizə bundan sonra da dəstək olunacağını bildirmişdir.
Dekan müavini Q. Məmmədov xalqımızın igidliyindən, müharibə zamanı bir yumruq kimi birləşməsindən söz açmış, şanlı zəfərin əldə olunmasında milli ruh yüksəkliyinin əhəmiyyətini vurğulamışdır.
Fakültə rəhbərliyinin maddi və mənəvi qayğısına diqqət çəkən Ömər Bozbaxov, başda dekan Ş. Məmmədova olmaqla, onu ziyarətə gələn hər kəsə minnətdarlığını bildirmişdir.
Sonda fakültə heyəti yaralı qazimizə tezliklə sağalmasını diləmiş, onunla xatirə şəkili çəkdirmişdir.