Coğrafiya fakültəsinin professor-müəllim heyəti və magistrantları Yardımlı rayonuna səfər ediblər
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin bir qrup professor-müəllim və tədris-köməkçi heyəti və Coğrafiya, Turizm və otelçilik və Geodeziya və xəritəçilik ixtisaslarının müvafiq ixtisaslaşmaları üzrə magistrantları Yardımlı rayonuna səfər ediblər.
Nisəqala turizm marşrutu ilə hərəkət edən heyət öncə Təkdam şəlaləsində və Yardımlı şəhərində olub. Sonra rayonun Çay Üzü, Nisəqala və Urakəran kəndlərindən keçməklə Nisəqala kanyonuna çatıblar. Marşrut kanyon dərəsi ilə Viləşçayın qolu Viləçayın mənbəyinə qədər davam edib.
Səfərdə fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov, Tədris işləri üzrə dekan müavini Eltac Cəbiyev, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müəllimləri Vüqar Dərgahov, Rəşad Əhmədov, fakültənin magistratura və bakalavriat pilləsi üzrə tyutorları İsmayıl Rəhimli, Vüsalə Əkbərli və Gülcahan Rəcəbova iştirak ediblər tələbələri müşayət ediblər.
Haykinq zamanı tələbələr rayonun təbii şəraiti, landşaftları və turizm ehtiyatları ilə yaxından tanış olublar. Bildirilib ki, Lənkəran-Astara iqtisadi rayonu Respublikamızın zəngin turizm potensialına malik bölgələrindən biridir. Yardımlı rayonu isə təbiətinin unikallığı ilə təbiət və açıq hava turizmi üçün əlverişli bölgədir. Tələbələr həmçinin yerli əhalinin adət-ənənələri və tarixi-mədəni memarlıq abidələri ilə tanış olublar.