Coğrafiya fakültəsinin müəllimi “TARİXDƏ ŞƏXSİYYƏT” adlı XIV beynəlxalq elmı simpoziumda iştirak etmişdir
BDU-nun Coğrafiya fakültəsinin müəllimi Sultanova Gülşən Abdul qızı Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “TARİXDƏ ŞƏXSİYYƏT” adlı XIV beynəlxalq elmı simpoziumda iştirak etmişdir. Simpoziumun plenar iclasında İlkin Ulusoy, Ali Rafet Ozkan, Səadət Kərimli,Quliyeva Gülgin və s. çıxış etmişlər.
Konfransda xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müəllimi Sultanova Gülşən Abdul qızı “Azərbaycan-Türkiyə ticarət əlaqələrinin iqtisadi-coğrafi xüsusiyyətləri və inkişaf perspektivləri mövzusunda çıxış etmişdir. Məruzədə əsas diqqət Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşunda başlıca sahələr, Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri, Azərbaycan-Türkiyə arasındakı iqtisadi əlaqələr həmçinin çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığına həsr olunmuşdur.
Gülşən Sultanova öz çıxışında xüsusi olaraq, Azərbaycan Türkiyə arasında gələcək yönlü investisiya layihələrindən ən əsasını Nabukko qaz kəməri -Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi, bu qaz kəməri Bakı-Tiflis Ərzurum qaz kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasının təmin edəcəyi, Azərbaycan və Türkiyənin turizm sahəsində də geniş əməkdaşlıq imkanlarının mövcudluğu, turizm infrastrukturunun və tanıtım imkanlarının iki ölkə arasında müxtəlif inkişaf səviyyəsinə malik olması,istiqamətlərdə Türkiyə geniş məsafə qət etdiyi halda, Azərbaycan üçün bu nisbətən yeni prioritet olması, qardaş ölkənin bu sahədəki təcrübəsinin öyrənilməsi və qarşılıqlı investisiya qoyuluşlarının önəmli olmasını göstərmişdir.
Onlayn şəkildə keçirilən simpoziumda Türkiyə,Azərbaycan alimləri ilə yanaşı, Kazaxıstan,Özbəkistan,Tatarıstan,Gürcüstan alimləri də iştirak etmişlər.