Coğrafiya fakültəsinin müəllim və tələbələri Lənkəran rayonunda ekskursiyada olublar
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professor-müəllim heyəti və Coğrafiya müəllimliyi ixtisasının III kurs tələbələri Lənkəran rayonuna ekskursiya ediblər. Ekskursiya zamanı tələbələr Hirkan Milli Parkında, Xanbulançay su anbarında, Lənkəranın çay plantasiyasında və “Yaşıl Çay” muzeyində olublar. Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müəllimləri Nərminə Seyfullayeva, Ülviyyə İsmayılova, Xanım Qədimova, Aygül Mikayılova Nərmin Həsənli, Nərgiz Məcidova, Aytac Tağıyeva və Sayalı Cəlilova tələbələrə rayonun təbii şəraiti və ehtiyatları, torpaq-iqlim xüsusiyyətləri və biomüxtəlifliyi barədə məlumat verərək, tələbələri Lənkəran rayonunda ixtisaslaşmış təsərrüfat sahələri ilə əyani tanış ediblər.
Səfər zamanı müxtəlif müzakirələr aparılaraq, tələbələri maraqlandıran suallar cavablandırılıb.