Coğrafiya fakültəsinin kollektivi Qarabağ müharibəsində şəhid ailəsinə baş çəkdilər
Coğrafiya fakültəsinin kollektivi Qarabağ müharibəsində şəhid olan məzunu Əbilov Nurlan Fərrux oğlunun ailəsinə baş çəkiblər. Əbilov Nurlan Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralanmış və uzun müddət komadan çıxmayaraq vəfat etmişdir. Allah ona və bütün vətən uğrunda qan töküb şəhid olan oğullarımıza rəhmət eləsin.
Fakültənin dekanı Şəkər Məmmədova, Qadınlar Şurasının sədri Nəzifə Abasova, dekan müavini Qoşqar Məmmədov, müəllimlər Şəfiqə Hümbətova, Nərminə Seyfullayeva, Aygün İsmayılova, Səbuhi Talıbov bu tədbirdə iştirak etmişdilər. Şəhid Nurlan Əbilovun məzarını ziyarət etdilər,gül çiçək qoyaraq öz ürək sözlərini dedilər .Onun iki oğlu var, birinin beş, birinin üç yaşı var. Coğrafiya fakültəsinin əməkdaşları özlərinə borc bilərək hər ay Nurlan Əbilovun ailəsinə kömək edirlər. Bu müharibədə xalqımız birliyini nümünə etdi.Bir misal kimi onu göstərmək olar ki, Nurlanın qrup yoldaşları ona həm hərbi hospitalda müalicə alarkən görməyə gediblər və sonra ailəsinə baş çəkiblər və kömək ediblər.
Nurlanın iki böyük arzusu var idi. Biri təhsil alıb öz kəndinə qayıdıb müəllim olmaq, biri də Qarabağı azad görmək. Ona görə ikinci Qarabağ müharibəsi başlayan kimi Nurlanın səsi cəbhədən gəldi. Doğrudan da, düz deyirlər, torpaq qanla qarışıbsa o Vətəndir və Nurlan kimi minlərlə oğulların hesabına bizim Azərbaycanımız yaşayır və yaşayacaq.