Əməkdaşlarımız Ulu öndərin məzarını ziyarət etdi
10 May 2022 13:36
_www-lg.jpg)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Fəxri xiyabana gedərək Ulu öndərin məzarını ziyarət ediblər.
Ziyarətdə Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova, dekan müavinləri, kafedra müdirləri və müəllimlər, fakültə tələbə təşkilatlarının sədrləri və tələbələr iştirak ediblər.
Onlar Fəxri xiyabana gedərək ümummilli liderin xatirəsini anıb, məzarı üzərinə gül dəstələri qoyublar. Ziyarətin sonunda tələbələrə Heydər Əliyevin həyat yolu, xalqımızın inkişafına verdiyi töhvələr və Fəxri xiyabanda dəfn olunmuş digər görkəmli şəxslərin həyat və yaradıcılığı barədə məlumat verilib.
Son XƏBƏRLƏR
25.10.2026 | 04:15
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “Aralıq dənizində antropogen təsirlər və çirklənmə” mövzusunda elmi seminar keçirilib
23.10.2026 | 16:52
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gələcəyin müəllimi” adlı seminar keçirilib
21.10.2026 | 15:04
“Müstəqillik İrsi və Milli Kimliyimiz” adlı tədbir keçirilib
16.10.2026 | 10:33