Coğrafiya fakültəsinin “Get digital, get skilled” adlı beynəlxalq proqramda iştirak edib
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Turizm işi ixtisasının 4-cü kurs tələbəsi Zəkayi Abbaszadə cari ilin 08-15 dekabr tarixlərində İstanbul şəhərində “Get digital, get skilled” adlı beynəlxalq proqramda iştirak edib.
Proqramda altı ölkə - Almaniya, Türkiyə, Azərbaycan, Fransa, Bosiya və Hesoqovina, Albaniya və proqram təminatı üzrə bir çox beynəlxalq nüfuzlu təşkilatlar iştirak edib və rəqəmsal texnologiyaları, rəqəmsal inkişaf bacarıqları nümayiş etdirmişlər. Tədbirdə dizayn alətləri, web saytın hazırlanması, mobil aplikasiyanın hazırlanması təqdimatları və yenilikləri nümayiş etdirilib. Bu nüfuzlu tədbirdə Coğrafiya fakültəsinin tələbəsi Abbaszadə Zəkayi iştirak edib. Onun “Culture Night” proqramı çərcivəsində hazırladığı təqdimatda “Azərbaycanın mədəni, etno-mədəni” irsi, adət-ənənələrimiz, çay, şirniyyat, milli geyim, rəqslər, Xarıbülbül rəqəmsal formatda təqdim olunub. Tələbəmizin təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirin ən yaxşı “Culture Night” təqdimatı olaraq qeyd olunub.