Coğrafiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib
Coğrafiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirildi.
Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən Məqsəd Qocamanov iclası açıq elan edərək Elmi Şura üzvlərini gündəliklə tanış etdi:
- 2022/2023-cü tədris ilinin yaz semestrinə hazırlıq haqqında
- Kafedralarda buraxılış işləri və magistr dissertasiyalarının yerinə yetirilməsinin vəziyyəti barədə
- Doktorantların elmi mövzularının və rəhbərlərinin təsdiqi
- Kafedralarda boş olan vəzifələrə seçkilərin keçirilməsi
- Cari məsələlər
2022/2023-cü tədris ilinin yaz semestrinə hazırlıqla bağlı çıxış edən dekan müavinləri Ramiz Əhlimanov, Səbuhi Talıbov, Qoşqar Məmmədov dərs cədvəllərinin, auditoriyaların dərslərə hazırlandığını və müəllimlərin məlumatlandırıldığını bildirdilər. O cümlədən, dekan əvəzi Məqsəd Qocamanov çıxış edərək kafedra müdirlərinə bir sıra tapşırıqlar, xüsusilə də dərslərə nəzarəti artırmağı tapşırdı.
İkinci məsələdə “Fiziki coğrafiya” kafedrasının doktorantı Abbasova Günay Nürəddin qızının III kursdan IV kursa attestasiya məsələsinə baxıldı. Doktorantın qısa məlumatından və ona verilmiş suallardan sonra səsvermə ilə attestasiyadan keçirildi.
Üçüncü məsələdə doktoranturanın I kursuna 2529.01-Xəritəşünaslıq, geoinformatika ixtisası üzrə qəbul olunmuş Əzizli Nurlan və 2504.01-Geodeziya ixtisası üzrə Vəlizadə Faiqin dissertasiya mövzusu və elmi rəhbəri müzakirə olunaraq təsdiq edildi.
Dördüncü məsələdə kafedralarda boş olan vəzifələrə seçkilər keçirildi: “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasında Aydın İbrahimov 0,5 ştat professor, “Hidrometeorologiya” kafedrasında Anar Nuriyev isə tam ştat müəllim vəzifəsinə seçildilər.
Cari məsələdə “İqtisadi və sosial coğrafiya” kafedrasından “Regional iqtisadi coğrafiya” adlı dərs vəsaiti, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasından “Geourbanistika və ruralistika”, “Azərbaycan coğrafiyası”, Xarici ölkələrin siyasi-iqtisadi coğrafiyası və turizm kafedrasından “Turizm coğrafiyası” proqramları müzakirə olunaraq təsdiqləndi.