Coğrafiya fakültəsinin dosenti Ekoturizm imkanları və onlardan istifadənin perspektivləri mövzusunda konfransda iştirak edib
Azərbaycan EkoTurizm Assosaiyasının təşkilatçılığı ilə Milli Parkların Ekoturizm imkanları və onlardan istifadənin perspektivləri mövzusunda onlayn konfrans keçirilmişdir. Konfransda Beynəlxalq Ekoturizm Assosasiyasının prezidenti Jon Bruno, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəliflik və Milli Parkların işi üzrə sektor müdiri Rəşad Allahvediyev, Dövlət Turizm Agentliyinin regional turizm sektorunun müdiri Elgün Cavadov və KOBİA sektor müdiri Asif Həsənov çıxış etmişdir. Tədbirdə Türkiyə və Rusiya Federasiyasının ekoturizm təşkilatlarının üzvləri də iştirak etmişdir. Tədbirdə Coğrafiya fakültəsinin "Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm" kafedrasının dosenti Dərgahov Vüqar "Milli Parkların ekoturizin təşkilində yaranan problemlər" mövzusunda çıxış etmişdir. Tədbirdə Coğrafiya fakültəsinin sosial məsələr üzrə dekan müavini Qoşqar Məmmədov, Xarici ölkələrin iqtisadi siyasi coğrafiyası kafedrasının müəllimi Səbuhi Talıbov iştirak etmişdir.
Eyni zamanda Coğrafiya fakültəsinin turizm ixtisası üzrə təhsil alan tələbələri də tədbirdə iştirak etmişdir.