Coğrafiya fakültəsinin dosenti ”Dünya qadınları” mövzusunda keçirilən Uluslararası Beynəlxalq Konfransda iştirak edib
BDU-nun Coğrafiya fakültəsinin dosent əvəzi Sahilə Əbiş qızı Allahverdiyeva ”Dünya qadınları” mövzusunda keçirilən Uluslararası Beynəlxalq Konfransda iştirak edib. S.Ə.Allahverdiyeva hal-hazırda dünya üçün çox maraqlı və aktual olan “İnsan inkişafı və Gender” mövzusunda çıxış etmişdir. Çıxış zamanı o, müasir dövrdə hələ də dünyanın bir çox ölkələrində qadınlara qarşı tətbiq olunan gender əsaslı ayrı-seçkilik, qadağalar və stereotiplər barədə problemli ölkələr haqqında məlumat verib. Çıxışda Thе Intеrnаtiоnаl Wоmеn's Humаnity Сеntеr tərəfindən dünyаdа qаdınlаrın yаşаmаsı üçün təhlükəli ölkələrin siyаhısı və bu ölkələrdə qаdınlаrın üzləşdikləri рrоblеmlərin siyаhısı və həyat şəraiti barədə xəritə və dioqramlarla əsaslandırılmış faktlarla geniş məlumat vermişdir. Eləcədə müasir Azərbaycan Respublikasında Dövlət tərəfindən qadınlara verilən dəyərlər və qadınların cəmiyyətdəki rolu barədə qeyd edilmişdir. Çıxış maraqlı və aktual olduğu üçün Sertifikatla təltif olunub.