Coğrafiya fakültəsinin doktorantı beynəlxalq simpoziumda iştirak edib
9 fərqli ölkənin iştirakı ilə Türkiyənin Qars və Əskişəhər şəhərlərində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Turks’ victory: from Chanakkale to Karabakh” (Çanaqqaladan Qarabağa Türkün Zəfəri) adlı XXXII Beynəlxalq elmi simpoziumu keçirilib.
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin doktorantı Faiq Əbdürəhmanov və elmi rəhbəri Fiziki coğrafiya kafedrasının dosenti, c.e.d Şəkər Məmmədova beynəlxalq simpoziumda aktual mövzu olan “Şərqi Zəngəzur rayonunun təbii ərazi komplekslərinin təhlili” adlı məruzə ilə çıxış etmişlər.
Konfransda çıxışı zamanı doktorant F. Əbdürəhmanov Şərqi Zəngəzur iqtisadi-coğrafi rayonunun yaradılması, rayon landşaftlarının müasir vəziyyəti, onların transformasiyası və deqradasiyası haqqında bəhs edib. Bundan əlavə, Ş. Məmmədova və F. Əbdürəhmanov tərtib etdikləri Şərqi Zəngəzur rayonu landşaftlarını özündə əks etdirən xəritəni təqdim ediblər. Çıxış simpozium iştirakçılarının böyük marağı və müsbət rəyləri ilə yadda qalıb. Konfransın sonunda məruzəçilər beynəlxalq səviyyəli sertifikatla təltif olunublar.
Qeyd edək ki, məqalə Ş. Məmmədovanın sədrlik etdiyi “Yer elmləri və coğrafiya” bölməsində nəşr olunub və yüksək unikallıq göstəricisi ilə fərqlənir