"Coğrafiya fakültəsinin 80 illiyi"nə həsr olunmuş “Nə? Harada? Nə Zaman?” intellektual oyunu keçirilib
Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatının Coğrafiya fakültəsi könüllülərinin təşəbbüsü ilə birinci kurslar arasında "Coğrafiya fakültəsinin 80 illiyi"nə həsr olunmuş “Nə? Harada? Nə Zaman?” intellektual oyunu keçirilib. Oyunu Coğrafiya fakültəsi üzrə "BDU könüllüləri" təşkilatının sədri Nurqələm Hüseynov açaraq, oyunun şərtlərini iştirakçılara izah etdi. Yarış üç əsas mövzunu əhatə edib və hər mövzu üç turdan ibarət oldu. Birinci mövzu Qarabağ müharibəsinə, ikinci mövzu Coğraf biliklərə və üçüncü mövzu tələbələrin ümumi intelektual biliklərinə həsr edilmişdir.
Bu intellektual yarışda birinci kurslar arasında yaradılmış 9 komandadan ibarət heyyət iştirak etdi. Maraqlı və mətinli mübarizədən sonra "Flaqman" və "Dəli Coğraflar" komandaları 1-ci yeri, "Dəmir Yumruq" komandası 2-ci yeri, "Viktoriya" komandası isə 3-cü yeri tutdular. Qalib komandaların üzvləri sertifikatlarla təltif olundular.