Coğrafiya fakültəsinin 8 tələbəsi BDU-nun Quba Təlim-Tədris və İstirahət Mərkəzində Yay tələbə düşərgəsində təltif edilib
Coğrafiya fakültəsinin tələbələri BDU-nun Quba Təlim-Tədris və İstirahət Mərkəzində Yay tələbə düşərgəsində iştirak edib.
Bakı Dövlət Universitetinin Quba Təlim-Tədris və İstirahət Mərkəzində (TTİM) Yay tələbə düşərgəsi təşkil olunub.
Düşərgənin məqsədi tələbələrin sosial fəallığının artırılması, birgə fəaliyyət mühitinin formalaşdırılması və BDU-nun tələbə təşkilatları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi olub.
Düşərgədə tələbələr istirahət edib, müxtəlif oyunlar oynayıb, kommunikasiya qurmaq və səmərəli vaxt keçirmək fürsəti əldə ediblər.
Düşərgənin sonunda BDU rektoru Elçin Babayev Universitetin ictimai həyatında fəallığı ilə seçilən tələbələri təltif edib, tələbə təşkilatlarının təşəbbüskarlığını və nümunəvi fəaliyyətini yüksək qiymətləndirərək, onlara təşəkkürünü bildirib.
Coğrafiya faükültəsinin tələbələri:
1. Varis Əhmədli, Hidrometorologiya, 2-ci kurs
2. Nurqələm Hüseynov, Coğrafiya müəllimliyi, 3-cü kurs
3. Əli Fətəliyev, Coğrafiya müəllimliyi, 3-cü kurs
4. Aysu Dadaşlı, Turizm işinin təşkili, 3-cü kurs
5. Etibar Tərlanov, Geodeziya və geomatika mühəndisliyi, 3-cü kurs
6. Zəhra Yusubova, Coğrafiya müəllimliyi, 2-ci kurs
7. Ləman Lazımzadə, Coğrafiya, 2-ci kurs
8. Kənan Dostumaliyev, Coğrafiya müəllimliyi , 2-ci kurs
təltif edilən tələbələr sırasına daxildir.