Coğrafiya Fakültəsinin 2024/2025-ci tədris ilində ÜOMG göstəricisi ən yüksək olan tələbələr mükafatlandırıldı
2024/2025-ci tədris ilinin qış imtahan sessiyasında Coğrafiya fakültəsinin müxtəlif kurslarından ən yüksək ÜOMG (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) əldə edən tələbələr müəyyən olunub və Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov tərəfindən mükafatlandırılıb. Bu tələbələr, akademik müvəffəqiyyətləri ilə həm universitetdə, həm də cəmiyyətimizdə örnək olmuş və gələcəkdə öz sahələrində böyük uğurlara imza atacaqlarına əminik.
Təhsildə əldə etdikləri yüksək göstəricilər, bu tələbələrin zəhmətinin, əzminin və çalışmaqlarının mükafatı olub. Onlar həm də, gələcəkdə daha böyük uğurlara imza atacaqlarının əsasını qoymuş oldular.
Bu il ən yüksək ÜOMG göstəriciləri əldə edən tələbələr aşağıda təqdim olunub:
Mehdizadə Güllü – I kurs | ÜOMG: 94.04
Quliyeva Xədicə – II kurs | ÜOMG: 97.07
Lazımzadə Ləman – II kurs | ÜOMG: 97.07
Mirzəzadə Lalə – III kurs | ÜOMG: 97.93
Əhmədzadə Flora – IV kurs | ÜOMG: 98.27
Təhsil sahəsində fərqlənən və öz akademik həyatlarında yüksək nailiyyətlər qazanan bu gəncləri bir daha təbrik edirik. Onların əzmi və çalışqanlığı bizə göstərir ki, doğru istiqamətdə aparılan mübarizə, böyük nəticələrə gətirib çıxarır.
Gələcəkdə bu tələbələrə yeni zirvələrə çatmağı və həyatlarında uğurlar diləyirik.