Coğrafiya fakültəsində “Xəzər dənizinin rekreasiya zonalarında hidrometeoroloji kəmiyyətlərin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib
19 Dekabr 2025 21:41

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Xəzər dənizinin rekreasiya
zonalarında hidrometeoroloji kəmiyyətlərin qiymətləndirilməsi” mövzusunda elmi seminar
keçirilib. Seminarı açıq elan edən fakültə Elmi Seminarının sədri, Azərbaycan coğrafiyası və
coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev çıxış edərək müasir
dövrdə Xəzər dənizinin rekreasiya potensialının elmi əsaslarla qiymətləndirilməsi və
hidrometeoroloji amillərin rekreasiya mühitinə təsirinin öyrənilməsinin sahilyanı ərazilərin
dayanıqlı inkişafı və səmərəli istifadəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb
və Hidrometeorologiya kafedrasının müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın
hidrometeorologiya istiqamətində ixtisaslaşmış alim olduğunu və eyni zamanda hidrometeoroloji
proseslərin təbii-rekreasiya sistemlərinə təsiri sahəsində elmi araşdırmalar apardığını seminar
iştirakçılarının nəzərinə çatdırıb.
Məruzəçi coğrafiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva əvvəlcə Xəzər dənizinin
rekreasiya zonalarının təbii-coğrafi xüsusiyyətlərini, bu ərazilərdə müşahidə olunan əsas
hidrometeoroloji göstəriciləri və onların mövsümi dəyişkənliyini izah edib. Aparılan tədqiqatda
havanın temperaturu, külək rejimi, rütubət, yağıntı, dalğa hündürlüyü və digər hidrometeoroloji
kəmiyyətlərin təhlil edildiyi və onların rekreasiya fəaliyyətinə təsirinin qiymətləndirildiyi
vurğulanıb. Aytən Quliyeva Xəzər dənizinin sahilyanı zonalarında rekreasiya şəraitinin
formalaşmasında hidrometeoroloji amillərin rolunu, risk faktorlarını və əlverişli dövrlərin
müəyyənləşdirilməsini elmi-statistik yanaşmalar əsasında geniş şəkildə təhlil edib.
Seminarda professorlar: Aydın İbrahimov, Məqsəd Qocamanov, dosentlər İradə Əliyeva,
Ələkbər Həsənəliyev və başqaları məruzə ətrafında sual-cavablarla yanaşı, tədqiqat mövzusunun
aktual, metodiki yanaşmanın isə innovativ olduğunu vurğulayıblar, bu istiqamətdə elmi
tədqiqatların davam etdirilməsini tövsiyyə ediblər.

Son XƏBƏRLƏR
19.01.2026 | 16:19
20 Yanvara həsr olunmuş “Tarixin qanlı səhifəsi” adlı anım tədbiri
21.12.2025 | 21:49
Coğrafiya fakültəsində “Pitching” və təqdimat bacarıqları” mövzusunda ustad dərsi keçirilib
17.12.2025 | 14:03
Coğrafiya fakültəsinin doktorantları NASCO XXVIII konfransında çıxış ediblər
05.12.2025 | 16:10
Coğrafiya fakültəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
27.11.2025 | 14:44