Coğrafiya fakültəsində qadınlar şurasının ilk iclası
Coğrafiya fakültəsində qadınlar şurasının ilk iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan dekan Şəkər Məmmədova bu gün cəmiyyətdə qadınların rolundan, onların müxtəlif sahələrdə çalışmalarından asılı olmayaraq həmişə üzərlərinə düşən işləri layiqincə yerinə yetirdiklərini qeyd etdi və qarşıda gələn 8 mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə bütün qadınları təbrik etdi. Sonra o fakültədə “Qadınlar Şurası”nın yaradılması və şuranın fəaliyyət göstərməsinin böyük əhəmiyyəti olduğunu bildirdi.
Tədbirdə iştirak edən fakültənin bütün qadınları şuranın idarə heyətinin 9 nəfərdən ibarət tərkibi təsdiq edildi. İdarə heyəti Qadınlar Şurasına sədr kimi Fiziki coğrafiya kafedrasının baş müəllimi Nəzifə Əli qızı Abasova təsdiq etdilər. Şuranın idarə heyətində Gülşən Sultanova, Sahilə Allahverdiyeva, İradə Əliyeva, Aytən Quliyeva, Nərmiinə Seyfullayeva, Gülnarə Cəfərova, Aygün İsmayılova, Gülnisə Quliyeva yer aldılar.
Yekunda Şəkər Məmmədova yaratdıqları şəraitə görə BDU rəhbərliyinə minnətdarlığını bildirdi. Bununla da tədbir başa çatdı.