Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilmişdir
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin növbəti elmi seminarında Fiziki coğrafiya kafedrasının müəllimi, c.ü.f.d Həsənəliyeva Ləman Həsən qızı “Kiçik Qafqaz vilayətində əhali məskunlaşmasının tarixi” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, Kiçik Qafqazın əlverişli təbii şəraiti və relyefin xüsusiyyətləri qədim zamanlardan burada əhali məskunlaşması üçün əlverişli şərait yaratmış və məskunlaşma prosesi intensiv gedib. Təsadüfi deyil ki, ilk insan məskunlaşması yerləri - Azıx mağarası, Tağlar, Üzərliktəpə, Leylatəpə, Seylantəpə və s. bu kimi insan düşərgələri burada olub.
Müasir dövrdə Kiçik Qafqazın təbii şəraitində olan dəyişiklərin yaranmasına səbəb son 30 il ərzində erməni təcavüzkarları tərəfindən ərazidəki yaşayış məntəqələrinin dağıdılması, meşə örtüyünün intensiv qırılması və digər ekoloji problemlərin intensivləşməsi olub. 2020-ci ildən sonra işğaldan azad olmuş ərazilərin bərpası, yeni tip yaşayış məntəqələrinin – ağıllı şəhər , ağıllı kəndlərin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarında öz əksini tapmışdır. Çıxışdan sonra iştirakçıların sualları cavablandırılıb. Fakültə dekanı professor Məqsəd Qocamanov, coğrafiya elmləri doktoru Şəkər Məmmədova, dosent Şəfiqə Hümbətova , dosent Əfqan Talıbov və başqaları çıxış edərək məruzələr ətrafında öz fikirlərini bölüşüblər.