Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilib
Coğrafiya fakültəsində COP-29 tədbirləri ilə əlaqədar olaraq onlayn rejimdə “Teams” platformasında növbəti elmi seminar keçirilib. Elmi seminarın məruzəçisi Belfast Kral Universitetinin doktorantı Gülvin Yusifova idi. O, “Daxili miqrasiya (Azərbaycan Respublikasının timsalında)” mövzusu ilə çıxış elədi. Gülvin Yusifova Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bakalavriatura və magistratura pilləsində təhsil almış məzunudur və hal hazırda Dövlət Proqramı ilə Böyük Britaniyanın adı qeyd edilən universitetinin doktoranturasında təhsil alır.
Gülvin Yusifova miqrasiya prosesləri, müasir miqrasiya axımları, Azərbaycanda miqrasiya proseslərinin istiqamətləri və onlara təsir edən amillər haqqında məruzə etdi. Məruzə ətrafında Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov, dosent Ülviyyə İsmayılova, c.e.n. Hicran Tahirova, dissertant Bəyimxanım Hüseynova və başqaları iddiaçıya suallar və tövsiyyələr verdilər.