Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilib
Coğrafiya fakültəsində 2504.01 – Geodeziya ixtisasında, Geodeziya və kartoqarfoya kafedrasının saathesabı müəllimi, qiyabi doktorant Həsənov Əhməd Sərhəd oğlunun “Xəzər dənizinin Azərbaycan sektorunda dəniz işlərinin geodezik təminatının aparılma xüsusiyyətləri və 5401.01-“İqtisadi coğrafiya” ixtisasında “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının doktorantı Məmmədova İlahə Yunus qızının “Gəncə-Qazax iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilmişdir.
Seminarı açılış söz ilə açan fakültənin dekanı, dosent Şəkər Məmmədova bütün iştirakçıları salamlamış, mövzuların aktuallığından, bu günkü məruzəçilərin peşəkarlığından və yüksək səviyyədə olan elmi hazırlığından söz açmışdır.
Həsənov Əhməd Sərhəd oğlu məruzədə mövzunun aktuallığı, tədqiqat rayonunun icmalı, akvatoruyada aparılan işlərin xüsusiyyətləri və onların geodeziya təminatı, tədqiq tapmış radiotexniki (peyk və yerüstü radiogeodeziya sistemləri) və hidroakustik təminat vasitələri və üsulları, həmçinin, müxtəlif təminat mənbələrindən (peyk, yerüstü və hidroakustik) alınmış ölçmə nəticələrinin birgə emalı haqqında geniş məlumatlar verilmiş, Azərbaycanda dəniz işlərinin geodeziya təminatı üsulların seçilməsi, onların elmi-nəzəri və praktiki əhəmiyyəti haqqında təklif və tövsiyyələr verilmişdir.
Daha sonra Məmmədova İlahə Yunus qızının təqdim etdiyi məruzədə Gəncə-Qazax bölgəsində turizm rəqabət imkanları, perspektiv turizm növləri və inkişaf istiqamətləri göstərilmişdir. Eyni zamanda Həsənov Əhməd Sərhəd oğlunun təqdim etdiyi məruzədə müasir tələblərə cavab verə bilən məsələlərin həlli üsullarının təkmilləşdirilməsi və bu üsulların praktiki istifadəsini təmin edən yeni alqoritmlərin hazırlanması və hesablama proqramları təqdim olunmuşdur.
Seminarda məruzəçilər professor Məqsəd Qocamanov, professor Yaqub Qəribov, dosent Şəkər Məmmədova, dosent Saleh Nağıyev, dosent Həbibə Soltanova, dosent Elxan Nuriyev, dosent Əfqan Talıbov, dosent Asəf Cərullayev, dosent Rəna Umudova və başqalarının sullarını cavablandırmiş, qoyulan aktual məsələlərə hərtərəfli aydınlıq gətirmişlər.