Coğrafiya fakültəsində intelektual yarış keçirilib
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Coğrafiya fakültəsində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş intelektual yarış keçirilib.
İntellektual yarış 10 komandanın iştirakı ilə 5 raund üzrə keçirilib.
Coğrafiya fakültəsi THİK sədri Sadıq Novruzov iştirakçılara yarışın qaydaları barədə məlumat verib. Yusif Cəbiyev, Rahib Nəsirov və Nuranə Bayramova tərəfindən hazırlanan suallar yarışın gedişatında Sadıq Novruzov, Ayla Həsənzadə, Gülər Sarızadə, Nəzirə Dursunova və Yusif Cəbiyev tərəfindən səsləndirilib. Şəffaflığın təmin olunması məqsədilə yaradılmış Gülər Sarızadə, Nazilə Əsgərova və İlkanə Qasımovanın rəhbərliyi ilə münsiflər heyəti və nəzarət qrupu yarışın gedişatına və balların hesablanmasına nəzarət edib.
Gərgin intellektual mübarizənin sonunda "Succesful ways" komandası 1-ci, "40-cı paralel" komandası 2-ci və "Bermud Üçbucağı" komandası 3-cü yeri qazanıb. Qalib komandanın üzvləri Fəxri fərmanlarla təltif olunub.