Coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib
14 noyabr 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şuranın sədri, Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov iclası açıq elan edərək, gündəliklə Elmi Şura üzvlərini tanış etdi:
1.Fakültədə tədrisin gedişinin vəziyyəti haqqında
2.Hidrometeorologiya kafedrasının 50 illiyinə həsr edilmiş Elmi konfransın təşkili barədə
3.Xalq qəzetinin N199(30315) saylı, 15 sentyabr 2023-cü il tarixli nömrəsində dərc edilmiş elana əsasən Geodeziya və kartoqrafiya kafedrası və Fiziki coğrafiya kafedrasında boş olan kafedra müdiri vəzifələrinə müsabiqənin keçirilməsi
4.Doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərin təyini
5.Cari məsələlər
Gündəlikdəki birinci məsələ ilə əlaqədar olaraq Coğrafiya fakültəsinin tədris işləri üzrə dekan müavini Ramiz Əhlimanov, eləcə də Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov çıxış etdilər, fakültədə tədris prosesinin normal keçdiyini bildirdilər. R.Əhlimanov dərslərin boş keçmədiyini, jurnallarda müvafiq qeydiyyatların aparıldığını, birinci kollokvium nəticələrinin qeyd olunduğunu Fakültə Elmi Şura üzvlərinin nəzərinə çatdırdı.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov qiyabi təhsil üzrə dərslərin pozulması hallarının olmadığını, qiyabiçi tələbələrin dərslərə davamiyyətinin normal olduğunu diqqətə çatdırdı.
Sonra fakültə dekanı, professor Məqsəd Qocamanov qiyabi təhsil alan tələbələr üçün kafedraların fondunda olan otaqlardan istifadə edilməsində köməklik göstərilməsini xahiş etdi və kafedra müdirlərinin tədris prosesinin keyfiyyətini nəzarətə götürmələrini tövsiyə etdi.
Gündəliyin ikinci məsələsi ilə bağlı Məqsəd Qocamanov və Hidrometeorologiya kafedrasının müdiri, dosent İmran Abdullayev çıxış etdilər. Onlar bötövlükdə konfransa hazırlıq işlərinin normal getdiyini qeyd etməklə yanaşı fakültə əməkdaşlarının, professor-müəllim heyətinin konfransın keçirilməsində aktiv olmalarını, elmi məqalələrin təqdim edilməsində aktiv olmaları xahiş olundu.
Gündəlikdə duran üçüncü məsələ ilə bağlı fakültə dekanı, professor Məqsəd Qocamanov məlumat verdi ki, bu il fakültəmizin doktorantura pilləsinin birinci kursuna üç tələbə qəbul olunmuşdur. Onların dissertasiya işlərinin mövzuları və elmi rəhbərləri haqqında Şuranın elmi katibi, dosent İmran Abdullayev məlumat verdi. Müzakirələrdən sonra doktoranların elmi rəhbərləri və dissertasiya mövzuları bəzi düzəlişlər etməklə təsdiq edildi.
Sonuncu məsələdə Xalq qəzetinin N199(30315) saylı və 15 sentyabr 2023-cü il tarixli nömrəsində dərc edilmiş elana əsasən Geodeziya və kartoqrafiya kafedrası və Fiziki coğrafiya kafedrasında boş olan kafedra müdiri vəzifələrinə seçki keçirildi. Seçkinin nəticələrinə əsasən Geodeziya və katoqrafiya kafedrasının müdiri vəzifəsinə dosent Əfqan Talıbov və Fiziki coğrafiya kafedrasının müdiri vəzifəsinə dosent Ramiz Əhlimanov seçildi.
Elmi Şuranın iclasının sonunda bir sıra cari məsələlərə baxıldı.