Coğrafiya fakültəsində 22 aprel Benəlxalq Yer Gününə həsr olunmuş tədbir keçirilib
Fiziki coğrafiya kafedrasının müdiri vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru Şəfiqə Hümbətovanın təqdimatında Yer kürəsinin coğrafi və ekoloji problemlərindən bəhs olunan tədbirdə meşəsizləşmə, səhralaşma, su ehtiyatlarının azalması, ozon təbəqəsi problemlərindən geniş bəhs olunub.
Dünyanın yaranması və inkişafı mərhələlərindən söz açan Ş. Hümbətova, qlobal və regional təbiət proseslərinin Yer səthində yaratdığı dəyişikliklər və landşaftların transformasiyasına diqqət çəkib.
Ş. Hümbətova təbii və antropogen amillərin planetimizə təsirindən söz açıb. Tədbirdə həmçinin ətraf mühitin mühafizəsi və tarazlı inkişafının təmin olunması məqsədilə təbii komplekslərin qorunması yollarından bəhs olunub. Tədbir müzakirələrlə davam edib. Sonda iştirakçılarən sualları cavablandırılıb