Coğrafiya fakültəsində "18 Oktyabr- Müstəqilliyin bərpası" mövzusunda seminar-tədbir keçirilib

Bakı Dövlət Universitetinin(BDU) Coğrafiya fakültəsinin rəhbərliyi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin bərpası gününə həsr olunmuş “18 Oktyabr – Müstəqilliyin bərpası” adlı seminar-tədbir keçirilib.
Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov iştirakçıları salamladıqdan sonra seminar-tədbiri açıq elan edib. O, çıxış edərək bildirib ki, Azərbaycan xalqı öz müstəqilliyini asanlıqla əldə etməyib. Bu yolda xalqımız minlərlə şəhidlər verib, qanlar tökülüb, qazilərimiz əlilliyə düçar olublar. Çox şükürlər olsun ki, bu gün ölkəmiz tam müstəqil, suveren və ərazi bütövlüyü təmin olunmuş Qalib ölkədir. Sonra söz Tarix
fakültəsinin “Asiya və Afrika ölkələri tarixi” kafedrasının dosenti Atamoğlan Məmmədliyə verildi. O, öz çıxışında Müstəqillik yolunun tarixi-xronoloji şərhini verməklə tələbələrin bu mövzuda məlumatlılığının artırıb və təəssüratlarını genişləndirib. Tələbələrdən Nigar Məmmədli və Aydan Nəsibovanın hazırladığı "18 Oktyabr- Müstəqilliyin bərpası" videoçarxı maraqla qarşılanıb. Coğrafiya fakültəsinin I kurs tələbəsi Zeynəb Talıbova, IV kurs tələbəsi Nərmin Məmmədova, I kurs tələbəsi Allahverdiyev Rəşadın təqdimatları seminar-təqdimata əlavə rənglər qatıb.