Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) beynəlxalq elmi-praktiki konfransda təmsil olunub
Belarusun Brest Dövlət Texniki Universitetinin (BSTU) "Təbiətin idarə olunması" kafedrasının 50 illik yubileyinə həsr olunmuş "Yaşam mühitinin mühafizəsinin aktual elmi-texniki və ekoloji problemləri" (Актуальные научно-технические и экологические проблемы сохранения среды обитания) mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilib.
Dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçıların qatıldığı konfransda təbii ehtiyyatlardan səmərəli istifadə, ekologiya, ətraf mühit mühəndisliyi, meliorasiya və su təsərrüfatı, enerji və ehtiyyatlara qənaət, yeni informasiya və təlim texnologiyaları kimi aktual coğrafi mövzulara toxunulub.
Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri İmran Bayramovun müəllifi olduğu "Применение ГИС-технологий в рациональном водопользовании и регулировании гидрологического режима Азербайджанской Республики (На примере Гарабагского и Восточно-Зангезурского экономических районов)" adlı elmi məqalə konfransın Ətraf mühit mühəndisliyi: meliorasiya, sudan istifadə, enerji və ehtiyyatlara qənaət bölməsində çap olunub. Məqalədə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yaradılan yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su ehtiyyatlarının mühafizəsi, onlardan səmərəli istifadə, hidroloji rejimin tənzimlənməsində coğrafi informasiya sistemlərinin (CİS) rolu mövzularına toxunulub. Müəllif, regionun ümumi hidroloji göstəriciləri və onlara təsir edən təbii və antropogen amilləri təhlil edərək, Qarabağ və Şərqi Zəngəzurun su ehtiyyatları barədə məlumat verib. Məqalədə həmçinin regionun su ehtiyyatı potensialının öyrənilməsində və ağıllı texnologiyaların tətbiqi ilə innovativ şəhərsalma və idarəetmənin həyata keçirilməsində geoinformasiya və məsafədən müşahidə metodlarının tətbiqi imkanlarına diqqət çəkilib.
Konfrans üç bölmə üzrə təşkil edilib və materiallar toplusu iki cilddə nəşr olunub.