“Beynəlxalq Yer günü” ilə bağlı tələbələr "Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar
22 Aprel 2022 13:56
“Beynəlxalq Yer günü” ilə bağlı Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin tələbələri fakültəmizin müəllimi Orxan Cabbarovun rəhbərliyi altında "Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar.
22 aprel dünyanın 190-dan çox ölkəsində “Beynəlxalq Yer günü” kimi qeyd edilir və daha çox insanın diqqətini ətraf mühitin mühafizəsinə çəkmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Tur çərçivəsində Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Balaxanı Sənaye Parkı və Bakı bərk məişət tullantılarının yandırılması zavodunda olan tələbələrə bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən fəaliyyətlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, il ərzində “Təmiz Şəhər” ASC tərəfindən 700 min tona qədər bərk məişət tullantısı qəbul edilir və bu tullantıların bir hissəsi çeşidləndikdən sonra təkrar emalla yönləndirilir. Təkrar emala yararsız hesab olunan tullantı kütləsi isə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraq il ərzində 231,5 milyon kilovat/saata qədər elektrik enerjisi əldə edilir.
Tur iştirakçılarına tullantıların çeşidlənməsində və təkrar emalın həcminin artmasında hər kəsin rolu ola biləcəyi bir daha bildirilərək, bu prosesin ətraf mühitin mühafizəsinə, yaşıl iqtisadiyyatın inkişafına təkan verdiyi əyani şəkildə nümayiş etdirilib.
Sonda tələbələrə “Təmiz Şəhər” ASC-nin fəaliyyətini əks etdirən bröşürlər paylanıb və onların sualları cavablandırılıb.
Son XƏBƏRLƏR
26.06.2025 | 20:36
Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilmişdir
15.06.2025 | 21:12
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçiriıb.
26.05.2025 | 21:16
BDU-da “Coğrafiya” fənni üzrə Respublika Olimpiadası keçirilmişdir
02.05.2025 | 15:26
BDU-nun Coğrafiya fakültəsi 200 nömrəli məktəb-liseydə “Coğrafiya - sirli bir dünya” adlı tədbir təşkil edib
28.04.2025 | 18:09