BDU-nun professoru “Soyuq müharibədən sonra Cənubi Qafqazda sosial-iqtisadi və siyasi inkişaf” mövzusunda beynəlxalq simpoziumda çıxış edib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professoru beynəlxalq onlayn simpoziumda məruzə ilə çıxış edib. Türkiyənin Egey Universitetinin Türk Dünyasının Tədqiqat İnstitunun təşkilatçılığı ilə Cənubi Qafqazda baş verən sosial-iqtisadi və siyasi dəyişikləri müzakirə etmək üçün I beynəlxalq simpozium keçirilib.
BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov simpoziumda bölmə moderatoru və məruzəçi kimi iştirak edib. Simpoziumda Azərbaycan,Türkiyə, Rusiya və Gürcüstandan iştirak edən alimlər Cənubi Qafqazda yaranmış yeni geosiyasi mənzərədə sosial-iqtisadi inkişaf yollarını təhlil edərək, regionda əməkdaşlığın genişləndirilməsi imkanları haqda müzakirələr aparıblar.
Professor Ç.İsmayılov “İşğaldan azad olunmuş Azərbaycan ərazilərində sosial-iqtisadi inkişafın bərpası” mövzusunda məruzə edib, “Böyük Qayıdış” proqramı əsasında regionun ölkə iqtisadiyyatına reinteqrasiya istiqamətləri barədə məlumat verib, bu istiqamətdə dövlət tərəfindən ardıcıl aparılan quruculuq işlərindən danışıb.