BDU-nun Coğrafiya fakültəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunun bir qrup əməkdaşi ilə görüş
12 Fevral 2024 12:09
Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Coğrafiya fakültəsinin professor-müəllim heyəti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzinin direktoru İqor Okunev, elmi işçiləri Yevgeniya Zaxarova, Lidiya Jirnova, German Ostapenko və Müqayisəli politologiya kafedrasının baş elmi işçisi Marianna Şestakova arasında görüş keçirilib.
Görüşdə çıxış edən Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov fakültənin strukturu, elmi-tədris fəaliyyəti haqqında məlumat verib, BDU-nun Rusiya universitetləri ilə əvvəlki dövrlərdən mövcud olan elmi-pedaqoji əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə toxunub. Qeyd edib ki, BDU xarici ölkə universitetləri ilə elmi-pedaqoji əlaqələrin qurulması, ikili diplom proqramlarının tətbiqi ilə kadr hazırlığına önəm verir. Bu baxımdan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə siyasi coğrafiya sahəsində mütəxəssis hazırlığı istiqamətində əməkdaşlıq uğurlu nəticələr verə bilər.
Sonra nümayəndə heyətinin rəhbəri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzinin direktoru İqor Okunev rəhbərlik etdiyi qurumda Rusiya Xarici İşlər Nazirliyinin tapşırığı əsasında yerinə yetirilən elmi-tədqiqat işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb. Hazırda dünyada mövcud olan geosiyasi vəziyyətin daimi təhlil edilməsində və diplomat hazırlığı işində sosial-iqtisadi coğrafiya və siyasi coğrafiyanın əhəmiyyətli olduğunu bildirib.
BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri Çingiz İsmayılov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri Saleh Nağıyev, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri Aydın İbrahimov, kafedranın dosenti İradə Əhmədova, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Müqayisəli politologiya kafedrasının baş elmi işçisi Marianna Şestakova çıxışlarında Siyasi coğrafiya fənninin tədrisinin önəmini vurğulayıb, birgə əməkdaşlıq istiqamətində təkliflərini səsləndiriblər.
Son XƏBƏRLƏR
20.11.2024 | 19:42
Coğrafiya fakültəsində növbəti elmi seminar keçirilib
07.11.2024 | 19:46
8 noyabr-Zəfər gününə həsr olunmuş "Xarıbülbül qoxulu Zəfər” adlı tədbir
04.11.2024 | 19:50
Coğrafiya fakültəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib
17.10.2024 | 09:46
BDU-nun Hidrometeorologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
14.10.2024 | 18:38