BDU-da yeni tədris ili başlayıb
Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ili başlayıb.
BDU-da ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub.
Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə 20273 tələbə təhsil alır. Onlardan 6930-u kişi, 13343-ü qadındır. Tələbələrdən 10930-u humanitar, 9343-ü təbiət elmləri üzrə ixtisaslarda təhsil alır. BDU-nun bakalavriaturasında təhsil alan tələbələrin 14269-u dövlət sifarişi əsasında, 6004-ü ödənişli əsaslarla oxuyur. Tələbələrimizin 200-ə yaxını Vətən müharibəsi iştirakçısıdır.
Yeni tədris ilində BDU-ya 5415 tələbə qəbul olunub. Onların 3899 nəfəri (72 %) dövlət sifarişi əsasında, 1516 nəfəri (28 %) ödənişli əsaslarla təhsil alacaq. Coğrafiya fakültəsinə 380 tələbə qəbul olunub. Onların 355 nəfəri (93%) dövlət sifarişi əsasında, 25 nədəri (7%) ödənişli əsaslarla təhsil alacaq.
2022/2023-cü tədris ilində BDU-nun magistraturasında 1966 tələbə təhsil alır. Onlardan 586-sı kişi, 1380-i qadındır. BDU-nun magistrantlarının 1203 nəfəri dövlət sifarişi əsasında, 763 nəfəri ödənişli əsaslarla təhsil alır.
BDU-da qiyabi və əlavə təhsil alan tələbələrin sayı 1364 nəfərdir.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 1050 tələbə, “Gənc istedadlar” liseyində 652 şagird təhsil alır.
Bütün tələbələrimizi və şagirdlərimizi yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara təhsillərində və şəxsi həyatlarında uğurlar arzulayırıq!