BDU Coğrafiya fakültəsinin tələbələrinin də üzvü olduğu komanda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsi çərçivəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub
6 nəfərdən ibarət yığma komandada tələbələrimiz Varis Əhmədli, Ləman Lazımzadə və Nurqələm Hüseynov da yer alıb.
İntellektual oyun zamanı iştirakçılar Qərbi Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, tanınmış şəxsiyyətləri, folkloru və digər mövzularla bağlı sualları cavablandırıblar.
14 komandanın mübarizə apardığı “Nə? Harada? Nə zaman? intellektual oyununda BDU-nun “Evrika” komandası I, “Sərdar sarayı” komandası II, “Çuxursəd” komandası isə III yerə layiq görülüb. Qaliblər diplom, medal, kubok və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.