BDU Coğrafiya fakültəsi TGT və Bakı Avrasiya Kolleci TGT-nin təşkilatçılığı ilə “Beyin Arenası” intellektual yarışı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Beyin Arenası” adlı intellektual yarış uğurla keçirilib.
Tədbirin əsas məqsədi gənclərin intellektual potensialını üzə çıxarmaq, analitik düşünmə bacarıqlarını inkişaf etdirmək və sağlam rəqabət mühitində biliklərini sınamağa şərait yaratmaq olub. Yarış ərzində iştirakçılar müxtəlif mövzuları əhatə edən sualları cavablandıraraq həm biliklərini nümayiş etdirib, həm də komandadaxili əməkdaşlıq bacarıqlarını ortaya qoyublar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda “Diplowise” komandası yüksək nəticə göstərərək qalib adını qazanıb. Digər komandalar da fəallıqları və bilik səviyyələri ilə seçilərək tədbirə xüsusi rəng qatıb.